AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib.
"Far.Az" xəbər verir ki, buna I Liqanın VI turunda keçirilmiş "Şahdağ Qusar" – "Səbail" oyunundan sonra "dənizçilər"in rəhbərinin dəhlizə daxil olaraq hakimləri təhqir etməsi və onlara hədə-qorxu gəlməsi səbəb olub.
Bundan əlavə, qarşılaşmanın 85-ci dəqiqəsində "Səbail" azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 600 manat cərimələnib.
Oyun başa çatdıqdan sonra "Səbail" azarkeşlərinin kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsinə görə kluba 1500 manat cərimə tətbiq edilib.
Həmçinin "Səbail"in futbolçusu Rubin Seyidov dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə və onlara hədə-qorxu gəldiyinə görə 4 oyunluq cəzalanıb. Bu hadisəyə görə də "Səbail" klubu 3000 manat cərimə ödəyəcək.
Oxşar xəbərlər
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
“Karvan”ın baş məşqçisi 5 oyunluq cəzalanıb
"Qarabağ"la oyun üçün Bakıya gələn ingilis azarkeşlərinin əyləncəsi
"Qarabağ" 70 min manatdan çox cərimələnib, Marko Yankoviçə 8 oyunluq cəza verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













