Lukaku "Fənərbağça"ya keçməyə razılıq verib
"Napoli"nin hücumçusu Romelu Lukaku "Fənərbağça"ya keçməyə razılıq verib.
"Report" xəbər verir ki, bu barədə insayder Matteo Moretto X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, 33 yaşlı belçikalı futbolçu ilə Türkiyə klubu mümkün transferin şərtləri barədə tam razılığa gəlib. İndi "Fənərbağça" "Napoli" ilə danışıqlar aparır.
Türkiyə klubu hücumçu üçün artıq təxminən 6 milyon avro məbləğində ilk təklifini göndərib. "Napoli" isə Lukakunun transferindən təxminən 12 milyon avro əldə etməyi gözləyir.
Belçikalı futbolçunun Neapol klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Daha əvvəl Lukakunun komandanın mövsümöncəsi hazırlıq toplanışına qoşulmadığı və "Napoli"nin onu 10 milyon avroya buraxmağa hazır olduğu bildirilmişdi.
Lukaku ötən mövsüm "Napoli"nin heyətində 5 oyunda meydana çıxıb, 1 qol vurub və 1 sarı vərəqə alıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
Tehranda sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var
-
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib













