Görmə qabilliyyəti olmayan insanlar yenidən görə biləcək - İlon Maskdan inqilabi texnologiya
Far.Az xəbər saytı

Görmə qabilliyyəti olmayan insanlar yenidən görə biləcək - İlon Maskdan inqilabi texnologiya


İlon Maskın rəhbərlik etdiyi "Neuralink" şirkətinin görmə qabilliyyəti olmayan insanların görmə qabiliyyətini bərpa etmək üçün hazırladığı "Blindsight" beyin implantı texniki baxımdan hazırdır. Şirkət hazırda ABŞ-nin Qida və Dərman Administrasiyasının (FDA) təsdiqini gözləyir.

BAKU.WS xəbər verir ki, bu barədə İlon Mask sosial şəbəkə hesabında məlumat verib.

Maskın sözlərinə görə, yeni texnologiya hətta heç vaxt görmə qabiliyyətinə malik olmayan insanlara belə görmək imkanı verə bilər.

"Blindsight" şirkətin əvvəlki beyin implantlarından fərqli işləyir. Qurğu beyindən siqnalları oxumaq əvəzinə, vizual məlumatları birbaşa beynin görmə mərkəzinə ötürür. Beləliklə, kameradan əldə edilən görüntülər zədələnmiş gözləri və görmə sinirini keçərək birbaşa görmə qabığına çatdırılır.

Qeyd edək ki, 2024-cü ilin sentyabrında FDA bu texnologiyaya "sıçrayış xarakterli tibbi cihaz" statusu verib. Bu status təsdiqlənmə prosesini sürətləndirsə də, cihazın təhlükəsizliyinin və effektivliyinin təsdiqləndiyi, yaxud satışına icazə verildiyi anlamına gəlmir.

Hələlik "Blindsight" implantının insana yerləşdirilməsi barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Şirkət indiyədək texnologiyanı heyvanlar üzərində sınaqdan keçirib. 2025-ci ilin ortalarına olan məlumata görə, meymunlardan biri implantı üç il müddətində daşıyıb.

İlon Mask daha əvvəl bildirmişdi ki, lazımi icazə alındıqdan sonra implantın insana yerləşdirilməsi əməliyyatı 6-12 ay ərzində həyata keçirilə bilər.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər