"GECO Power" və CESI "Black Sea Energy" üzrə yeni addımları müəyyənləşdirib
"Green Energy Corridor Power Company" ("GECO Power") birgə müəssisəsi və İtaliyanın konsaltinq şirkəti CESI "Yaşıl enerji dəhlizi" ("Black Sea Energy") layihəsinin həyata keçirilməsi üzrə növbəti addımları müəyyən ediblər.
"Far.Az" "GECO Power"a istinadən xəbər verir ki, şirkətlər layihənin texniki və iqtisadi işçi qruplarının nümayəndələrinin iştirakı ilə texniki-iqtisadi əsaslandırma mərhələsindən layihənin işlənib hazırlanmasına keçid üçün zəruri olan əsas tədbirlərə həsr olunmuş "Workstream 2" (2-ci iş axını) üzrə xüsusi müşavirə keçiriblər.
Müzakirələr zamanı inkişaf və satınalma strategiyasına yanaşmalar, eləcə də iştirakçı ölkələr və layihə tərəfdaşları arasında qarşıdakı tədbirlərin əlaqələndirilməsi daxil olmaqla, növbəti mərhələnin əsas texniki, iqtisadi və təşkilati aspektlərinə baxılıb.
"GECO Power"dan vurğulayıblar ki, "Workstream 2" onun nəticələrinin strukturlaşdırılmış inkişaf proqramına çevrilməsi və "Yaşıl enerji dəhlizi" layihəsinin həyata keçirilməsinin gələcək yolunun müəyyənləşdirilməsi üçün mühüm mərhələ olacaq.
Xatırladaq ki, bu layihənin həyata keçirilməsi 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş çərçivəsində nəzərdə tutulub. Qeyd olunan sənəd Avropa istiqamətində "Yaşıl enerji dəhlizinin" yaradılmasına doğru mühüm addım olub.
Xəzər-Qara dəniz-Avropa "yaşıl dəhliz"i layihəsi üzrə birgə müəssisə 2023-cü il iyulun 25-də Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanmış anlaşma memorandumu əsasında təsis edilib. Qara dəniz sualtı kabeli layihəsi Gürcüstan və Rumıniyanın birbaşa birləşməsini təmin edəcək və Cənubi Qafqaz ilə Cənub-Şərqi Avropanın enerji sistemlərini birləşdirəcək ən böyük infrastruktur təşəbbüsüdür.
Sualtı kabelin uzunluğu suyun altı ilə 1 115 km, quru ilə 40 km, gərginliyi - 525 kV, ötürmə gücü isə - 1 300 MVt təşkil edəcək. Qara dənizdən keçən sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatdırılması planlaşdırılır. Layihə Avropa İttifaqının "Qarşılıqlı maraq doğuran layihələr" (PMI) siyahısına daxil edilib. Avropa Komissiyası onun həyata keçirilməsinə 2,3 milyard avro yönəltmək niyyətindədir.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













