Ali Sevim: İnanıram ki, Zəngəzur dəhlizinin açılması mənim fəaliyyətim dövrümə təsadüf edəcək
Far.Az xəbər saytı

Ali Sevim: İnanıram ki, Zəngəzur dəhlizinin açılması mənim fəaliyyətim dövrümə təsadüf edəcək


Türkiyənin Naxçıvandakı Baş konsulu Ali Sevim Zəngəzur dəhlizinin onun fəaliyyəti dövründə açılacağına inandığını bildirib.

"Report"un yerli bürosu xəbər verir ki, o bu barədə Mustafa Kamal Atatürkün anım günü ilə bağlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.

Baş konsul M.K.Atatürkü böyük dövlət xadimi kimi dəyərləndirib:

"Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 88-ci ildönümünü Atatürkün "Türk qapısı" adlandırdığı Naxçıvanda anmaq üçün bir araya gəlmişik. Atatürk böyük lider, böyük dövlət xadimi, böyük sərkərdə, islahatçı, cümhuriyyətçi, xalqçı və sülhsevər insan olub. O, türk cəmiyyətinin milli dəyərlərinə bağlı qalmaqla yanaşı, həm də elmə və sənətə açıq bir cəmiyyətə çevrilməsini hədəfləmişdi. Onu, silahdaşlarını və bütün şəhidlərimizi rəhmətlə anıram".

Naxçıvanda yeni fəaliyyətə başlayan diplomat burada özünü evindəki kimi hiss etdiyini deyib:

"Şəhərin gözəlliyi, ənənəvi memarlığı, parkların, yol hərəkətinin nizamlılığı və ümumi intizamın məndə xoş təəssürat yaradıb. Buradakı fəaliyyətinin uğurlu və xoş keçəcəyinə ümidvaram. İnanıram ki, Zəngəzur dəhlizin açılması mənim fəaliyyətim dövrümə təsadüf edəcək".

Oxşar xəbərlər

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər