Naxçıvan regionun yeni kommunikasiya xəritəsinin əsas elementlərindən birinə çevrilir - RƏY
Ulu Öndər Heydər Əliyevin Naxçıvana xüsusi diqqət və qayğısı, Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün tələblərinə uyğun olaraq ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsi nəticəsində Naxçıvan bu gün tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycanın qədim və ayrılmaz parçası olan Naxçıvan tarix boyu Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb:
"Bu qədim diyarın taleyi və inkişafı hər zaman dövlətçilik tariximizin ən mühüm səhifələri ilə sıx bağlı olub. Naxçıvan Azərbaycanın ərazi bütövlüyünün, milli dövlətçilik iradəsinin və geosiyasi maraqlarının mühüm dayaqlarından biridir: Bu baxımdan, Prezident İlham Əliyevin Naxçıvana hər bir səfəri dövlət siyasətinin konkret istiqamətlərinin müəyyənləşdirilməsi, mühüm layihələrin reallaşdırılması və bölgənin gələcək inkişaf perspektivlərinin dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısı Naxçıvanın sosial-iqtisadi yüksəlişini və ölkənin ümumi inkişaf sisteminə tam inteqrasiyasını hər zaman diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev indiyədək Naxçıvan Muxtar Respublikasına 17 dəfə səfər edib. Bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, bölgənin gələcək inkişafı ilə bağlı mühüm tapşırıqlar verib. Bu faktın özü Naxçıvanın dövlət siyasətindəki xüsusi yerini aydın şəkildə nümayiş etdirir".
"Bu reallıqlar Naxçıvanın qarşısında da tamamilə yeni imkanlar açır. Azərbaycanın hərbi-siyasi Zəfəri yalnız ərazi bütövlüyümüzün bərpasını təmin etmədi, eyni zamanda, regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişdi. İndi Azərbaycan yeni reallıqların formalaşmasında təşəbbüskar və əsas aktorlardan biri kimi çıxış edir. Bu strategiyanın mühüm istiqamətlərindən birini nəqliyyat-kommunikasiya layihələri təşkil edir. Çünki müasir dünyada nəqliyyat dəhlizləri yalnız yük və sərnişin daşımalarının həyata keçirildiyi yollar deyil. Onlar dövlətlərin iqtisadi potensialını, siyasi çəkisini və regional inteqrasiya imkanlarını artıran strateji vasitələrdir".
Parlamentari Naxçıvanın coğrafi mövqeyinin ona tarixən böyük strateji üstünlüklər qazandırdığını söyləyib:
"Türkiyə və İranla sərhəddə yerləşməsi, Azərbaycanın digər ərazilərinə yaxınlığı və tarixi ticarət yollarının üzərində qərar tutması Naxçıvanı əsrlər boyu mühüm iqtisadi və kommunikasiya məkanına çevirib. Lakin son onilliklərdə yaranmış blokada bu imkanların tam reallaşdırılmasına ciddi maneələr yaradıb. Qarşıdakı mərhələdə isə vəziyyət dəyişəcək. Yeni nəqliyyat bağlantıları Naxçıvanın regional ticarət və logistika sisteminə daha fəal şəkildə qoşulmasına şərait yaradacaq".
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm xüsusiyyətlərindən biri hərbi-siyasi qələbənin davamlı sülhə və iqtisadi inkişafa çevrilməsidir:
"Prezident İlham Əliyev həm müharibəni, həm sülhü qazandı" tezisi məhz bu reallığın ifadəsidir. Döyüş meydanında əldə edilən Qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Diplomatik müstəvidə formalaşan yeni reallıqlar isə regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəlilədilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaratdı".
S.Salmanova onu da vurğulayıb ki, Naxçıvanın gələcək inkişafı Azərbaycanın ümumi iqtisadi və nəqliyyat strategiyasının ayrılmaz hissəsidir:
"Burada həyata keçiriləcək layihələr yalnız muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın tranzit və logistika potensialını artıracaq. Ən əsası isə Naxçıvan artıq kənarda qalan coğrafi məkan deyil. Əksinə, o, Cənubi Qafqazın yeni nəqliyyat-kommunikasiya xəritəsinin əsas elementlərindən birinə çevrilir. Türkiyə ilə Azərbaycanın birbaşa bağlantısının güclənməsi, İranla əməkdaşlığın genişlənməsi, Ermənistanla sülh şəraitində kommunikasiyaların bərpası və Şərq-Qərb marşrutlarının inkişafı Naxçıvanın strateji əhəmiyyətini daha da artıracaq. Bu proses Azərbaycanın regional mövqeyinin möhkəmlənməsinə, Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşmasına, Avrasiya məkanında yeni ticarət marşrutlarının inkişafına mühüm töhfə verəcək".
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib
-
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının üçtərəfli görüşü keçirilib













