Vüqar Rəhimzadə: Naxçıvanın yeni inkişaf salnaməsi yazılır
Naxçıvanın yeni inkişaf salnaməsi yazılır.
Bu fikirləri "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
O qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı dövlətin iqtisadi siyasətinin əsasını təşkil edir: "Əlverişli coğrafi məkana, zəngin iqtisadi potensiala malik olan ölkəmiz bu resurslardan səmərəli istifadə edərək həm regional inkişafın aparıcı qüvvəsi, həm də dünya siyasətində yeri və mövqeyi ilə diqqətdədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarda özünün aydın ifadəsini tapir. Neft gəlirlərindən səmərəli istifadə, şəffaflığın yüksək səviyyədə təmin edilməsi iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsində əhəmiyyətli rol oynayır".
O, iqtisadi artımın qeyri-neft sektorunun hesabına təmin edilməsinə də toxunub. Neft kapitalının insan kapitalına çevrilməsi ilə əlaqədar regionların malik olduğu potensialdan səmərəli istifadəni qabardıb.
V. Rəhimzadə vurğulayıb ki, dövlət başçısının bölgələrə səfərləri, görülən işlərlə yaxından tanış olması hədəflərə yüksək səviyyədə nail olmağa böyük stimul verir.
Deputat bildirib ki, Naxçıvanda həyata keçirilən genişmiqyaslı yenilənmə yalnız iqtisadiyyat, sosial həyat və infrastrukturla məhdudlaşmır. Belə ki, dövlət idarəetməsinin müasir tələblər əsasında təkmilləşdirilməsi də yeni inkişaf modelinin mühüm istiqamətlərindən birini təşkil edir: "Prezident İlham Əliyev tərəfindən 10 mart 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya Qanunu təsdiqlənib və həmin Qanunun tətbiqi ilə bağlı Sərəncam imzalanıb. Konstitusion islahatlar yeni idarəetmə modelinin hüquqi əsaslarını formalaşdırıb. Qəbul edilmiş dəyişikliklər Naxçıvan Muxtar Respublikasında idarəetmə strukturunun yenilənməsi və səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi baxımından mühüm müddəaları ehtiva edir".
Həmçinin Sənaye parkının Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradıldığı xatırladılıb: "Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır.
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan səfəri muxtar respublikanın gələcəyi ilə bağlı çox mühüm, möhtəşəm səhifədir. Bir sözlə, Naxçıvanın yeni inkişaf salnaməsi yazılır".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə MEDİATUR
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib
-
Bu gün Beynəlxalq Gənclər Günüdür
-
Maltada Etna vulkanının kül buluduna görə onlarla aviareys ləğv edilib
-
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının üçtərəfli görüşü keçirilib













