ABŞ və Venesuela hərbi əməkdaşlıq haqqında saziş imzalayıb - Yenilənib
Far.Az xəbər saytı

ABŞ və Venesuela hərbi əməkdaşlıq haqqında saziş imzalayıb - Yenilənib


ABŞ və Venesuela müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi barədə saziş bağlayıb.

"Far.Az" VTV telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Karakasda Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqeslə görüşün yekunlarına dair bildirib.

Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ tərəfi Bolivar Respublikası ilə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıdır.

"ABŞ və Venesuela silahlı qüvvələrin möhkəmləndirilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, hərbi sahədə qarşılıqlı əlaqələri genişləndirmək barədə razılığa gəlib. Biz bu gün müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsinə dair sazişi imzalamaq imkanına görə minnətdarıq", - Heqset qeyd edib.

Sənəd Karakasdakı Miraflores prezident sarayında imzalanıb. Nazirin sözlərinə görə, Vaşinqton ABŞ hərbçilərinin təcrübəsindən və Venesuela silahlı qüvvələrinin imkanlarından istifadə edərək müdafiə tərəfdaşlığını dərinləşdirməyə ümid edir.

Rodriqes hərbi əlaqələrin bərpa olunmasını alqışlayaraq qeyd edib ki, bu, Bolivar Milli Silahlı Qüvvələrinin hazırlığını yaxşılaşdırmağa, onların təchizatını müasirləşdirməyə və yeni texnologiyalara çıxışı təmin etməyə imkan verəcək.

Onun sözlərinə görə, əməkdaşlıq iki ölkəyə ümumi təhdidlərə qarşı mübarizə aparmağa kömək edəcək. Bununla belə, sazişin təfərrüatları və qarşılıqlı əlaqələrin konkret istiqamətləri hələlik açıqlanmır.

ABŞ-nin müharibə naziri Pit Heqset çərşənbə günü Venesuelaya səfər edib və ölkənin müvəqqəti rəhbərliyinin nümayəndələri ilə görüşüb.

"Far.Az" "Associated Press"ə istinadən xəbər verir ki, sözügedən səfər yanvar ayında Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırılmasından sonra Prezident Donald Tramp administrasiyasının respublikada ABŞ-nin nüfuzunu gücləndirmək istiqamətində növbəti addımı olub.

Heqset Karakasdakı prezident sarayında Bolivar Respublikasının Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqeslə danışıqlar aparıb. Pentaqon rəhbərinin səfəri barədə əvvəlcədən ictimaiyyətə məlumat verilməyib.

Rodriqes bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq sazişləri ABŞ-yə Venesuela hərbçilərinin hazırlığını təşkil etməyə, eləcə də onların təchizatının modernləşdirilməsinə və yeni texnologiyalara çıxışına kömək göstərməyə imkan verəcək. Onun sözlərinə görə, belə bir qarşılıqlı fəaliyyət tərəflərə ümumi təhdidlərə qarşı mübarizə aparmağa kömək edəcək.

Heqset hakimiyyət dəyişikliyindən sonra Venesuelaya səfər edən Tramp kabinetinin növbəti nümayəndəsi olub. Daha əvvəl ölkəyə neft hasilatı və kritik əhəmiyyətli mineral yataqlarının işlənməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edən ABŞ-nin daxili işlər və energetika nazirləri gəlmişdilər. Bu il Venesuelanın müvəqqəti rəhbərliyi həmçinin dəfələrlə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının komandanı general Frensis Donovanla da görüşüb.

Avqust ayında Tramp bildirmişdi ki, Heqset ABŞ-nin Venesuelanın neft ehtiyatlarının bir hissəsinə nəzarəti ələ keçirməsini təmin edən genişmiqyaslı sövdələşmənin bağlanmasına kömək edib. Amerika administrasiyası həmçinin Rodriqes hökuməti ilə razılaşmaya əsasən, Karakasa 12 milyard dollardan çox və ya Venesuela neftinin satışından əldə olunan gəlirlərin, demək olar, 99 %-ni qaytardığını bəyan edib.

Oxşar xəbərlər

"Turandot" – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər