Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının qalibləri müəyyənləşib
Far.Az xəbər saytı

Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının qalibləri müəyyənləşib


Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub.

Bu barədə "Far.Az"a Azərbaycan Şahmat Federasiyasından bildirilib.

Olimpiadada yarışlar iki yaş kateqoriyası üzrə - A (11-16 yaş) və B (10 yaş və daha kiçik) qruplarında təşkil edilib. A qrupunda oğlanlar arasında Suat İbrahimli, qızlarda isə Əsnad Baxşızadə qalib olub. Hər iki şahmatçı Azərbaycan Şahmat Federasiyası tərəfindən Avropa çempionatına ezam olunacaq.

Müxtəlif yaş kateqoriyalarında İnci Cəbrayılova, Ziya Qubatov (8 yaşlılar), Nurgün Fəxrətzadə, Azad Xuduzadə (10 yaşlılar), Sadəgül Əfəndi, Əyyub Zəkiyev (12 yaşlılar), Əsnad Baxşızadə, Suat İbrahimli (14 yaşlılar), Rəna Ağamirzəyeva və Emin İsmayılov (16 yaşlılar) birinci olublar.

Komanda hesabında A qrupunda birinci yeri 4 nömrəli İOEUGİŞM tutub. 3 nömrəli RİOEUGİŞM ikinci, Quba komandası isə üçüncü olub. B qrupunda 3 nömrəli UGİŞM fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Quba komandası və 4 nömrəli UGİŞM müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüb.

Qeyd edək ki, Olimpiadada ölkənin 30-a yaxın şəhər və rayonlarının, eləcə də şahmat məktəbləri, klubları və idman cəmiyyətlərinin 16 yaşadək oğlan və qız şahmatçıları iştirak ediblər. Ümumilikdə turnirdə 326 yeniyetmə mübarizə aparıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət yarış şəxsi-komanda xarakteri daşıyıb.

Oxşar xəbərlər

Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Yeniyetmələr arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər