Hacıqabul Sənaye Parkında yeni nəsil gübrə və biopestisid istehsal ediləcək
Far.Az xəbər saytı

Hacıqabul Sənaye Parkında yeni nəsil gübrə və biopestisid istehsal ediləcək


İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkında yeni nəsil gübrə və biopestisid istehsalı layihəsi həyata keçiriləcək.

"Far.Az" bu barədə agentliyə istinadən xəbər verir.

Bildirilib ki, bu məqsədlə "Az Agromila" MMC-yə Parkın rezidenti statusu verilib.

İnvestisiya dəyəri 4,7 milyon manat olan layihə çərçivəsində 40-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Hacıqabul Sənaye Parkında 15 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar Parka 66,8 milyon manatdan çox investisiya yatırıb, 500-dən çox iş yeri yaradıb.

Oxşar xəbərlər

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib
Ağdam Sənaye Parkında 1230 daimi iş yeri yaradılıb
İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkın açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər