İspaniya millisi məğlubiyyətsizlik seriyasını 43 matça çatdırıb
Far.Az xəbər saytı

İspaniya millisi məğlubiyyətsizlik seriyasını 43 matça çatdırıb


İspaniya futbol millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Çexiyanı 2:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, qolları 39-cu dəqiqədə penalti zərbəsindən Aleks Baena, 90+6-cı dəqiqədə isə Mark Pubil vurub.

Bu qələbə ilə İspaniya millisi özünün məğlubiyyətsizlik seriyası üzrə rekordunu yeniləyib. Komandanın ardıcıl məğlub olmadığı oyunların sayı 43-ə çatıb.

Beləliklə, ispaniyalılar 2018–2021-ci illərdə Roberto Mançininin rəhbərliyi altında 37 matçda məğlub olmayan İtaliya millisinin rekordunu geridə qoyublar.

İspaniya millisi ilk turda İngiltərəni (3:2), ikinci və dördüncü turlarda Xorvatiyanı (4:1, 2:1), üçüncü turda isə Çexiyanı (3:1) məğlub edib.

15 xalla 3-cü qrupda lider olan İspaniya millisi UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqəni təmin edib. Xalı olmayan Çexiya isə sonuncu – dördüncü pillədə qərarlaşıb.

Yekun turda İspaniya millisi İngiltərəni qəbul edəcək, Çexiya isə səfərdə Xorvatiya ilə qarşılaşacaq. Hər iki oyun noyabrın 15-də keçiriləcək.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Xiaomi 17T seriyasını təqdim edir: iki ölçü, bütün xətt üzrə telefoto obyektiv və Leica Live Moment
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər