"Everton"un hücumçusu Martin Şerif futbol matçlarına mərc etməkdə ittiham olunub
Far.Az xəbər saytı

"Everton"un hücumçusu Martin Şerif futbol matçlarına mərc etməkdə ittiham olunub


İngiltərə Futbol Assosiasiyası (FA) "Everton"un hücumçusu Martin Şerifi bukmeker qaydalarını pozmaqda ittiham edib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı futbolçu 2024-cü il noyabrın 20-dən 2026-cı il fevralın 12-dək futbol matçlarına 61 mərc edib.

İngiltərədə peşəkar futbolçulara hər hansı futbol matçına mərc etmək qadağandır. M.Şerif avqustun 17-dək qurumun ittihamlarına cavab verməlidir.

Qeyd edək ki, "Everton"un yetirməsi olan futbolçu əsas komandada hələ rəsmi matça çıxmayıb. Ötən mövsüm icarə əsasında İngiltərənin "Roterhem" və "Port Veyl" klublarında çıxış etmiş hücumçunun "Everton"la daha 1 illik müqaviləsi qüvvədədir.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər