"TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı
Astara rayonunda "TikTok"da başqa qadınla yazışan kişi həyat yoldaşını döyərək onun qolunu sındırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Şuvi kəndində baş verib.
Kənd sakini, 1990-cı il təvəllüdlü Sahib İsmayılov (şərti ad və soyad - red.) evlidir və bu nikahdan beş övladı var. O, 2022-ci ildə həyat yoldaşını döydüyünə görə məsuliyyətə cəlb edilib. Barəsində cinayət işi başlanıb və o, azadlıqdan məhrum edilib. Sahib İsmayılov 2025-ci ildə elan olunan amnistiya aktı əsasında cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Məlumata görə, bir müddət əvvəl "TikTok"da canlı yayım zamanı bir qadın Sahib İsmayılova hədiyyə olaraq "gül" göndərib. Daha sonra kişinin həmin qadınla yazışdığını görən həyat yoldaşı buna əsəbiləşərək evdəki "Wi-Fi"ı söndürüb.
Bundan qəzəblənən Sahib İsmayılov həyat yoldaşını döyüb. Daha sonra odun parçası ilə qadının qolunu sındırıb.
Faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Sahib İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Cinayət işi məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə S.İsmayılov yeddi ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Oxşar xəbərlər
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub - YENİLƏNİB-5
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Professor Adilə Abbasova vəfat edib
-
RİNN Niderland şirkəti ilə süni intellekt sahəsində sənəd imzalayıb












