UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib
"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın "Dinamo" (Kiyev) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.
Beləliklə, Polşadakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Qarabağ" UEFA Avropa Liqasında pley-offa yüksəlib.
"Köhlən atlar" bu raundda "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
***21:31
"Qarabağ" futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununda ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hesabıdakı fərqi artırıb. Aleksey Kaşuk 70-ci dəqiqədə hesabı 2:0 edib.
***20:12
"Qarabağ" futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununda erkən qol vurulub.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hesabda önə keçib. Jali Muaddib 12-ci dəqiqədə hesabı açıb.
***20:00
"Qarabağ" futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxır.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ukrayna təmsilçisi "Dinamo Kiyev"i qəbul edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç başlayıb.
***19:07
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və Ukraynanın "Dinamo" komandalarının start heyətləri bəlli olub.
BAKU.WS xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges.
"Dinamo": 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko.
Xatırladaq ki, "Qarabağ" - "Dinamo" matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Tərəflər arasında Polşada keçirilən ilk görüş Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
UEFA Konfrans Liqası: "Qarabağ" - "Dinamo" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
UEFA Superkubokunun qalibi müəyyənləşib
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib













