Saatlıda Mərkəzi Aran regionundan 30-a yaxın mütəxəssis kibertəhlükəsizlik təlimlərinə qatılıb
"Regional kiber məsələlər" layihəsi çərçivəsində Mərkəzi Aran regionunda kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanması məqsədilə təlimlər uğurla davam etdirilir.
"Report" xəbər verir ki, iyun ayından etibarən başlayan layihə çərçivəsində əsas təlimlər Saatlı rayonunda təşkil olunur.
Təlimlərdə Mərkəzi Aran regionunun müxtəlif rayonlarından 30-a yaxın iştirakçı kibertəhlükəsizlik üzrə nəzəri və praktiki biliklər əldə edir.
Təlim proqramında sosial mühəndislik, müasir kibertəhdidlər və informasiya təhlükəsizliyinin müxtəlif istiqamətləri ilə yanaşı, iştirakçıların texniki bilik və bacarıqlarının inkişafına da xüsusi diqqət yetirilir.
İştirakçılar CISCO Şəbəkə Akademiyası ("CISCO Network Academy") beynəlxalq təlim platformasının təqdim etdiyi müasir tədris proqramları ilə təmin edilir. Təlimlər AKTA-nın peşəkar və beynəlxalq təlimçi statuslu ekspertləri tərəfindən təşkil olunur. İştirakçılara beynəlxalq CISCO Şəbəkə Akademiyasının resurslarından limitsiz istifadə təmin edilib. Qeyd edilməlidir ki, AKTA və CISCO arasında mövcud razılaşmaya əsasən bu təlimləri bitirən mütəxəssislərin beynəlxalq sertifikat imtahanına müraciəti zamanı tələb olunan ödənişə 60% endirim tətbiq ediləcəkdir.
Sentyabr ayınadək davam edəcək layihənin əsas məqsədi regionda kibertəhlükəsizlik sahəsinə maraq göstərən könüllülərin bilik və bacarıqlarını inkişaf etdirərək, onların gələcəkdə mütəxəssis kimi formalaşmasına və bu sahədə əlavə peşə fəaliyyəti göstərməsinə imkan yaratmaqdır.
Layihə, həmçinin Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə maarifləndirmənin genişləndirilməsinə və yerli icmaların müasir kibertəhdidlər barədə məlumatlılığının artırılmasına töhfə verməyi hədəfləyir.
"Regional kiber məsələlər" layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı çərçivəsində AKTA-nın təşkilatçılığı və AKTA üzvü olan "Cybersign" MMC şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













