Astarada yüksəkgərginlikli elektrik dirəyi aşıb, dörd baş qaramal tələf olub
Far.Az xəbər saytı

Astarada yüksəkgərginlikli elektrik dirəyi aşıb, dörd baş qaramal tələf olub


Astara rayonunda yüksəkgərginlikli elektrik dirəyinin aşması dörd baş qaranalın tələf olması ilə nəticələnib.

"Far.Az"un Cənub bürosunun məlumatına görə, hadisə rayonunun Əzərüd kəndi ərazisində baş verib.

Yüksək gərginlikli elektrik dirəyinin aşması nəticəsində kənd sakini Sona Rəşidovaya məxsus dörd baş qaramal tələf olub. Ona dəyən maddi zərər 9 min manat məbləğində qiymətləndirilir.

Məsələ ilə bağlı Cənub Regional Eneji Təchizatı və Satışı İdarəsindən bildiriilib ki, sözügedən ərazidə yerləşən transformator kənd məktəbinin balansındadır. Həmin transformatordan çıxan yüksək gərginlikli xətlər məktəbi elektrik enerjisi ilə təmin edir: "Məktəbə cavabdeh olan qurumun müraciəti əsasında xətlərin çəkildiyi 30 dirəyin yeri dəyişdirilə bilər".

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Leyla Əliyeva və Arzu Əliyeva Astarada Pəncəli Teymurovun ailəsini ziyarət ediblər
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər