Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı -  5 il 6 ay
Far.Az xəbər saytı

Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı - 5 il 6 ay


Külli miqdarda şokolad və peçenyeni oğurlayaraq satan şəxs tutulub.

Far.Az Lent.az-a istinadla xəbər verir ki, 37 yaşlı Ayxan Vəliyev (ad və soyad şərtidir - red.) Gürcüstandan Özbəkistana aparılmalı olan 15 tondan çox şokoladı və 4 tondan artıq peçenyeni ələ keçirərək şirkətə 184 min 843 manat zərər vurub.

Faktla bağlı cinayət işi başlanıb və Ayxan Vəliyev saxlanılıb.

Məhkəmədə müəyyən olunub ki, yük əvvəlcə Azərbaycana gətirilib. Lakin Ayxan yük maşınının marşrutunu dəyişdirərək məhsulları Samur gömrük postundan Rusiyaya keçirib. Şokolad və peçenye Dağıstanın Mahaçqala şəhərində satılıb.

Ayxanın sözlərinə görə, məhsullar Rusiyada 50 min dollara alıcı tapıb. Əldə olunan pulun bir hissəsi yük maşınlarının alınmasına xərclənib.

Zərərçəkmiş şirkətin nümayəndəsi Məmməd İsrafilov (ad və soyad şərtidir - red.) isə məhkəmədə bildirib ki, şirkətə dəyən ziyan ödənilməyib.

Araşdırma zamanı yükün guya Qazaxıstana göndərildiyini göstərən saxta sənədin də təqdim edildiyi müəyyənləşib.

Məhkəminin qərarı ilə A.Vəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Röya Ayxanın 25 illik səhnə fəaliyyətinə həsr olunan KONSERTDƏN GÖRÜNTÜLƏR
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Sosial şəbəkələr vasitəsilə qanunsuz nərə balığı və kürüsü satan şəxslər ƏLƏ KEÇDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər