"Bank Respublika"nın səhmdarlarının yığıncağı keçiriləcək
Sentyabrın 24-də, saat 10:00-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Bank Respublika"nın nizamnamə kapitalının artırılması, Bankın nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi, iyulun 24-də keçirilmiş yığıncaqdakı bəzi məsələlər üzrə qəbul edilmiş qərarlara yenidən baxılması və həmin məsələlər üzrə müvafiq qərarların qəbul edilməsi, aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan müqavilə(lər)in təsdiq edilməsi, Müşahidə Şurasının tərkibinin nəzərdən keçirilməsi və digər məsələlər daxildir.
"Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













