Gələn il AÇG-dən gündəlik 316 min bareldən çox neft hasil ediləcəyi gözlənilir
Gələn il Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə sutkada xam neft hasilatının 316,4 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
"Far.Az" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfində əks olunub. Bu rəqəm cari illə müqayisədə 1,7 min barel və ya 0,5 % az göstəricidir.
Bu ilin üç rübü ərzində AÇG-dən gündəlik hasilat orta hesabla 320 min barel və ya ümumilikdə təxminən 87 milyon barel, yəni 12 milyon ton olub.
Məlumata əsasən, gələn ilin dövlət büdcəsinə AÇG layihəsi üzrə mənfəət vergisi ödənişinin 320 milyon manat həcmində olacağı gözlənilir. Bu göstərici cari ilin proqnozu ilə müqayisədə 20 milyon manat və ya 6,7 %, 2025-ci ilin icra nəticələri ilə müqayisədə isə 28,3 milyon manat və ya 9,7 % yüksəkdir.
"Hasilat həcmində azalma müşahidə olunsa da, cari illə müqayisədə büdcəyə daxilolmaların artması 2026-cı ilin dördüncü rübü üçün xam neftin qiymətinin dövlət büdcəsində 75 ABŞ dolları səviyyəsində nəzərə alınması ilə bağlıdır. Bununla yanaşı, əməliyyat xərclərinin 16,3 %, kapital xərclərinin isə 3,3 % azalacağı proqnozlaşdırılır", - hesabatda vurğulanıb.
Qeyd edək ki, AÇG Azərbaycanın ən iri neft yatağı bloku hesab olunur. Bu yataqlar blokunda hasilatın bölüşdürülməsinə dair ilk müqavilə 1994-cü il sentyabrın 20-də imzalanmışdır. 2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə işlənməsi və hasilatın pay bölgüsünə dair yenilənmiş saziş imzalanıb. Sözügedən saziş yataqların 2049-cu ilin sonunadək istismarını əhatə edir.
AÇG-dəki iştirak payları aşağıdakı kimidir: BP (operator - 30,37 %), SOCAR (35,3 %), MOL (9,57 %), INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ONGC Videsh (2,92 %).
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













