Xocavənd sakini: 24 yaşında çıxdığım yurdumuza indi 7 nəvəmlə qayıdıram
Far.Az xəbər saytı

Xocavənd sakini: 24 yaşında çıxdığım yurdumuza indi 7 nəvəmlə qayıdıram


Xocavənd sakini Səfiyar Məmmədov 24 yaşında tərk etdiyi doğma yurda indi 3 övladı və 7 nəvəsi ilə qayıdır.

S.Məmmədov bunu "Report"un Xocavəndə ezam olunan əməkdaşına açıqlamasında deyib.

O, məcburi köçkünlük dövründə ağır günlər keçirdiklərini vurğulayıb:

"Məcburi köçkün düşəndə 24 yaşım vardı, buraları həyat yoldaşımla birgə tərk etdik. Bu müddət ərzində Ağdam, Beyləqan və İmişi rayonlarında yaşadıq. Uzun illərdən sonra doğma yurda üç övladım və yeddi nəvəmlə birlikdə qayıdıram. Hamımız çox sevincliyik".

Oxşar xəbərlər

Yurdumuza bahar gəlir!
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Növbəti köç karvanı Xocavəndə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb, açarlar təqdim edilib
Bu azərbaycanlı məşhurların övladı birinci sinifə gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər