Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb
Far.Az xəbər saytı

Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb


Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 gümüş medal qazanıb.

"Far.Az" xəbər verir ki, 85 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 122 kq, təkanla qaldırmada isə 150 kq çəkini ram edərək hər iki növdə gümüş medala yiyələnib.

Toplamda 272 kq nəticə göstərən F.Allahverdiyev iki hərəkətin cəmində də Avropa birinciliyinin gümüş mükafatını əldə edib.

Beləliklə ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandası Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc, ümumilikdə 15 medalla başa vurub.

Oxşar xəbərlər

Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan ağırlıqqaldıranı İslamiadanı üç medalla başa vurub
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər