Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb
Avqust ayından bəri Honkonqda meymunçiçəyinə 21 yoluxma qeydə alınıb ki, bu da 2026-cı ilin əvvəlindən şəhərdə aşkarlanan bütün halların 70 %-ni təşkil edir.
"Report"un xəbərinə görə, bu barədə Honkonqun Sağlamlığı Mühafizəsi Mərkəzinin məlumatında bildirilir.
Qurumun məlumatına görə, ilin əvvəlindən bəri şəhərdə 30 yoluxma aşkarlanıb ki, bunlardan 23-ü yerli xarakterli, 7-si isə xaricdən gələn şəxslərlə ötürülüb. 2022-ci ildən bəri Honkonqda ümumilikdə meymunçiçəyinə 114 yoluxma qeydə alınıb. Xəstələnənlərin hamısı kişilərdədir, onların əksəriyyəti peyvənd olunmayıb.
Mərkəz son aylar yoluxmaların artımını yüksək riskli seksual əlaqələrlə əlaqələndirir. Hakimiyyət orqanları bununla əlaqədar epidemioloji nəzarəti gücləndirib və peyvənd proqramını genişləndiriblər.
Qeyd olunur ki, son iki həftədə yüksək riskli qruplardan təxminən 360 nəfər meymunçiçəyi peyvəndi alıb.
Ən son qeydə alınan yoluxma halı dəri səpgisi, qızdırma və şişkin limfa düyünləri ilə bağlı tibbi yardıma müraciət edən 29 yaşlı kişidə aşkarlanıb. Laboratoriya müayinələri infeksiyanı təsdiqləyib. Xəstənin vəziyyəti sabitdir.
Honkonq hakimiyyəti epidemioloji araşdırmalarını davam etdirir və aşkar olunmuş yoluxma barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat vermək niyyətindədir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













