"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
Far.Az xəbər saytı

"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11


"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 3:2

Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.

Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.

Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.

Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda 7-ci qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 5:2.

Əlavə vaxtda, 115-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda altıncı qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 4:2.

Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina fərqlənib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əlavə vaxt oynanılır.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hazırda hesabda öndədir - 3:2.

İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əsas vaxt başa çatıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi 90+4-cü dəqiqədə hesabda önə keçib - 3:2.

Tellur Mütəllimov adını tabloya yazdırıb.

İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılacaq.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda dördüncü qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi yenidən hesabı bərabərləşdirib - 2:2.

Umarali Raxmonaliyev 74-cü dəqiqədə fərqlənib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar yenidən hesabda önə keçib - 2:1.

61-ci dəqiqədə Qay Mizrahi adını tabloya yazdırıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik hesab bərabərdir - 1:1.

Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.

Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.

Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

38-ci dəqiqədə Kristian Nvaçukvu fərqlənib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.

"Report"un məlumatına görə, matçda ilk qolu qonaqlar vurub.

10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda əlavə vaxt olacaq
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər