UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6
Far.Az xəbər saytı

UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda dördüncü qol vurulub.

"Far.Az"un məlumatına görə, Azərbaycan təmsilçisi yenidən hesabı bərabərləşdirib - 2:2.

Umarali Raxmonaliyev 74-cü dəqiqədə fərqlənib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda üçüncü qol vurulub.

"Far.Az"un məlumatına görə, qonaqlar yenidən hesabda önə keçib - 2:1.

61-ci dəqiqədə Qay Mizrahi adını tabloya yazdırıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci hissə başlayıb.

"Far.Az"un məlumatına görə, hələlik hesab bərabərdir - 1:1.

Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.

Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ilk hissə başa çatıb.

"Far.Az"un məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.

Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci qol vurulub.

"Far.Az"un məlumatına görə, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

38-ci dəqiqədə Kristian Nvaçukvu fərqlənib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.

"Far.Az"un məlumatına görə, matçda ilk qolu qonaqlar vurub.

10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

"Far.Az"un məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.

Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
UEFA Konfrans Liqası: "Dinamo" "Neftçi" ilə oyunda hesabda önə keçib - YENİLƏNİR-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər