Laçında "İkinci həyat" sərgisi açılıb
Laçın şəhərində "İkinci həyat" sərgisi açılıb.
"Report" xəbər verir ki, sərgi 26 avqust - Laçın Şəhəri Günü çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Prezidentinin Laçındakı xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə "Arts Council Azerbaijan" incəsənət platforması tərəfindən təşkil olunub.
Sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yarasız xalçaların, xüsusilə də Qarabağ xalçalarının rəngkarlıq vasitəsilə yeni sənət əsərlərinə çevrilməsi təşəbbüsündən ibarətdir.
Qeyd edilib ki, peşəkar rəssamlar tərəfindən xalçalar üzərində yaradılan bu əsərlər toxuculuq sənətini müasir bədii baxışla özündə birləşdirir. Yaradılan sənət nümunələri Qarabağ, folklor, musiqi, analıq, eləcə də miqrasiya kimi mövzuları əhatə edir.
Layihənin əsas hədəfləri mədəni irsin canlandırılması, Azərbaycan təsviri sənətinin təbliği və ictimaiyyətdə ekoloji məlumatlılığın artırılmasıdır.
Sərgi xalçaların təkrar istifadəsinin təşviqi ilə yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq istiqamətlərinə ("Dayanıqlı şəhərlər və icmalar", "Məsuliyyətli istehlak və istehsal", "İqlim üzrə fəaliyyət" istiqamətləri) də xidmət edir.
Nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
YENİLƏNİR
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı növbəti xalçaların kəsim mərasimində iştirak edib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













