Məcnun Məmmədov: "Akvakultura sahəsində məhsul ixracının 2030-cu ilə qədər artırılması planlaşdırılır"
Far.Az xəbər saytı

Məcnun Məmmədov: "Akvakultura sahəsində məhsul ixracının 2030-cu ilə qədər artırılması planlaşdırılır"


Akvakultura sahəsində məhsul ixracının 2030-cu ilə nəzərdə tutulan dövlət proqramı çərçivəsində artırılması planlaşdırılır.

"Far.Az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Nazir vurğulayıb ki, sentyabr ayında Nazirlər Kabinetinin müvafiq qərarı əsasında 2027-ci il yanvarın 1-dən etibarən balıqçılıq və akvakultura sahəsinə subsidiya və güzəştlərin tətbiqi nəzərdə tutulub:

"Balıqçılıq və akvakultura sektorunda istifadə edilən avadanlıq və texnologiyaların dövlət güzəşti ilə təmin olunması, həmçinin müxtəlif balıq növlərinə görə məhsul subsidiyasının ayrılması hədəflənir. Qızılbalıqkimilər və nərəkimilər balıqlarına hər tona görə 2000 manat, şəkərkimilər və nərəkimilər balıqlarına isə hər tona görə 600 manat məhsul subsidiyasının verilməsi 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq. Bütövlükdə görülən bu tədbirlər Azərbaycanda peşəkar akvakultura təsərrüfatlarının genişlənməsinə, sayının artmasına və məhsuldarlığın yüksəlməsinə səbəb olacaq".

M. Məmmədov həmçinin əlavə edib ki, cari ildə "Balıqçılıq və akvakultura haqqında" qanunu yenilənərək yeni qanun qəbul olunub və bunun hesabına sektorda fəaliyyət göstərmək əhəmiyyətli dərəcədə asanlaşdırılacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər