Laçında "Şəngülüm, Şüngülüm, Məngülüm" nağıl-tamaşası nümayiş etdirilib
Far.Az xəbər saytı

Laçında "Şəngülüm, Şüngülüm, Məngülüm" nağıl-tamaşası nümayiş etdirilib


Laçında Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən "Şəngülüm, Şüngülüm, Məngülüm" nağıl-tamaşası nümayiş etdirilib.

"Far.Az"un Laçına ezam edilən əməkdaşı xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, səhnələşdirəni Şəlalə Kərimova, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti isə Gülgəz Soltanovadır.

Bildirilib ki, əsərin əsas ideyası uşaqlara böyüklərin sözünə qulaq asmağın, ehtiyatlı və düşüncəli davranmağın vacibliyini aşılamaqdır. Nağılın süjeti vasitəsilə uşaqlara izah olunur ki, düşünülməmiş addımlar və yad insanlara inam bəzən təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu baxımdan, tamaşa uşaqlarda məsuliyyət hissini gücləndirir və onları daha diqqətli olmağa çağırır.

Bundan əlavə, tamaşa uşaqlarda birlik və həmrəylik kimi dəyərlərin formalaşmasına da müsbət təsir göstərir. Tamaşa həmçinin xeyirlə şərin mübarizəsi ideyasını uşaqlara sadə və anlaşıqlı formada çatdırır, yaxşılığın sonda qalib gəldiyini göstərir.

Qeyd edək ki, tamaşa 26 avqust - Laçın Şəhəri Günü çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Prezidentinin Laçındakı xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə hazırlanıb.

Oxşar xəbərlər

Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər