Azərbaycanda yüksək riskli idman növlərində məcburi kardioloji və nevroloji müayinə tələb olunur
Far.Az xəbər saytı

Azərbaycanda yüksək riskli idman növlərində məcburi kardioloji və nevroloji müayinə tələb olunur


Yüksək riskli idman növlərində məcburi kardioloji və nevroloji müayinə tələb olunur.

"Far.Az" xəbər verir ki, bu barədə Ombudsmanın müstəqil monitorinq fəaliyyəti çərçivəsində idmançıların tibbi təhlükəsizliyinin gücləndirilməsi haqqında hazırladığı analitik arayışda qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq fəaliyyəti çərçivəsində idman yarışlarında və məşq prosesində tibbi müayinələrin məcburi xarakter daşımasının hüquqi əsasları və milli qanunvericiliyin təkmilləşdirilməsi haqqında analitik arayış hazırlanıb.

Araşdırmada xüsusilə yüksək riskli və döyüş idman növlərində idmançıların, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı təmini məqsədilə mövcud qanunvericiliyin və tibbi nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.

Beynəlxalq təcrübənin təhlili əsasında idmançıların yarışlara, sparrinq və intensiv məşq proseslərinə buraxılmasından əvvəl kompleks və çoxpilləli tibbi müayinələrin tətbiqinin əhəmiyyəti vurğulanıb.

Analitik arayışda, xüsusilə yüksək riskli idman növləri üzrə MRT, genişləndirilmiş kardioloji müayinə və nevroloji qiymətləndirmənin məcburi qaydada həyata keçirilməsi ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi təklif olunub.

Bununla yanaşı, idmançıların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsi, aralıq tibbi monitorinq mexanizminin və vahid elektron tibbi nəzarət reyestrinin yaradılmasının onların sağlamlıq hüququnun daha səmərəli təmininə xidmət edəcəyi bildirilib.

Aparılmış araşdırmanın nəticələri ilə əlaqədar Ombudsman tərəfindən aidiyyəti quruma məktub ünvanlanıb.

Araşdırmanın nəticələri və irəli sürülən təkliflərlə tam şəkildə tanış olmaq üçün analitik arayışa buradan daxil ola bilərsiniz.

Oxşar xəbərlər

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında Yeni il tədbiri keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər