Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında Yeni il tədbiri keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il ərəfəsində Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan uşaqlar üçün şənlik təşkil edilib.
Far.Az xəbər verir ki, bayram tədbirində IDEA İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr veriblər, onlarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər. Bu təşəbbüs balacalara Yeni il ərəfəsində xoşbəxtlik və bayram əhval-ruhiyyəsi bəxş edib.
Nəzərə çatdıraq ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq reallaşdırılır.
Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan balacalar üçün tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını yaşamaları məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil edilir.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Baş Şirvan kollektorunda timsah peyda olub?
-
Parisdə PSJ-nin qələbəsindən sonrakı iğtişaşlar zamanı dörd nəfər yaralanıb - YENİLƏNİB
-
AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib
-
Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır
-
"Turan Tovuz" avrokuboklara buraxılmaya bilər













