Siyavuş Novruzov: "Bank kreditləri sahibkarlıqla məşğul olmağa imkan vermir"
Far.Az xəbər saytı

Siyavuş Novruzov: "Bank kreditləri sahibkarlıqla məşğul olmağa imkan vermir"


Azərbaycanda verilən bank kreditləri - onların müddəti və illik faiz dərəcəsi kiçik və orta sahibkarlıqla məşğul olmağa imkan vermir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bildirib.

"Təklif edirəm ki, bu məsələlərə baxılsın. Hazırda Azərbaycanda 22 bank fəaliyyət göstərir. Yeni regional bankların, o cümlədən xarici ölkələrlə birgə bankların açılmasına baxılmalıdır", - deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, Azərbaycanda az sayda valyuta dəyişmə məntəqələri fəaliyyət göstərir: "COP29-la bağlı ölkəyə 100 min adam gələcək. Bazar günləri isə Fəvvaralər Meydanında cəmi 1 valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərir. Belə çıxır ki, minlərlə adam valyuta dəyişmək üçün növbəyə durmalıdır. Yeni valyuta məntəqələri həm də yeni iş yerləri deməkdir".

S.Novruzov həmçinin təklif edib ki, banklar əldə etdikləri gəlirlərdən aztəminatlı ailələrin uşaqlarının təhsil haqlarının ödənilməsinə dəstək olsunlar: "Heç olmasa hər bank ən azı 10 belə ailəyə dəstək olsun. Bu təcrübə bir çox ölkələrdə var".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycanda bankların daxili ipoteka kreditləri üzrə standartlar sərtləşib, tələb azalıb
Azərbaycanda taksit kreditləri üzrə standartlar sərtləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər