"DataRace"in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub
AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) yaratdığı "DataRace" platformasının ilk yarışının nəticələri rəsmi mükafatlandırma mərasimində açıqlanıb.
"Far.Az" xəbər verir ki, "Apar"ın tərəfdaşlığı ilə keçirilən yarışda real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub və ən yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılıb.
"DataRace" "2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasında müəyyən edilmiş "Süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi" istiqamətinin icrasına töhfə vermək məqsədilə yaradılıb. Platforma Süni İntellekt (Sİ) və data sahəsində istedadları real sektor çağırışları ilə bir araya gətirərək onların bilik və bacarıqlarının praktik problemlərin həllinə yönəldilməsi üçün mühit formalaşdırır.
"DataRace" modeli çərçivəsində biznes və dövlət qurumlarının real çağırışları Sİ və data istedadlarına təqdim olunur. İştirakçılar həmin problemlər üzrə müxtəlif yanaşmalar hazırlayır, çağırış sahibi isə fərqli həlləri müqayisə etmək və perspektivli yanaşmaları müəyyənləşdirmək imkanı əldə edir.
İlk yarış "Apar"ın real biznes ehtiyacı əsasında müəyyən edilmiş "İstifadəçi Rəylərinin Təsnifatı" (User Feedback Classification) mövzusuna həsr olunub.
İştirakçılar böyük həcmdə istifadəçi rəylərinin avtomatik təhlili və kateqoriyalaşdırılması üzrə süni intellekt yanaşmaları hazırlayıblar. Yarış ümumilikdə 600 nəfər maraq göstərib, 300-dən çox iştirakçı isə öz yanaşmasını təqdim edib.
Mükafatlandırmada dövlət və özəl sektor nümayəndələri, innovasiya, süni intellekt, texnologiya, İKT və rəqəmsal transformasiya üzrə rəhbərlər, insan resursları liderləri, eləcə də Sİ və data mütəxəssisləri iştirak ediblər. Tədbirdə istedadların real sektor ehtiyacları ilə əlaqələndirilməsi və biznes, dövlət və texnologiya ekosistemi arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Yarışın yekun nəticələrinə əsasən Əli Məhərrəmli birinci yeri tutaraq 3 000 AZN, Elnur Mirzəzadə ikinci yeri tutaraq 2 000 AZN, Nural Şükürlü isə üçüncü yeri tutaraq 1 000 AZN pul mükafatı qazanıb.
"DataRace"in növbəti mərhələsində müxtəlif sektorların real çağırışları əsasında yeni yarışların elan olunması və tərəfdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Platforma bununla Sİ istedadlarının praktik bacarıqlarının inkişafına və real sektor problemləri üzrə yeni yanaşmaların formalaşmasına töhfə verməyə davam edəcək.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir
-
Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər
-
Pezeşkian İƏT ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb
-
Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər













