Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib.
"Report" xəbər verir ki, yaşıllıq sahələrinin genişləndirilməsi və ətraf mühitin mühafizəsinə töhfə verilməsi məqsədi daşıyan aksiyalar müvafiq şirkət və təşkilatların dəstəyi ilə baş tutub.
Aksiyalar çərçivəsində noyabrın 4-də "AzInTelecom"un dəstəyi ilə Ağdam rayonunun Sarıcalı kəndində 40 sot ərazidə ümumilikdə 130 ağac əkilib. Ağacların 80-i badam, 50-si isə zeytun ağacıdır.
Noyabrın 5-də isə "Yaşıl Qarabağ" İctimai Birliyinin dəstəyi ilə Xocavənd şəhərində 30 sot ərazidə 50 meyvə ağacı əkilib.
Beləliklə, ağacəkmə aksiyaları çərçivəsində ümumilikdə 70 sot ərazidə 180 ağac əkilib.
Oxşar xəbərlər
"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Baku Steel Company ətraf mühitin mühafizəsinə töhfəsini gücləndirir: təxminən 3000 ağac əkilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













