Xüsusi nümayəndəliyin və Ağdam, Füzuli, Xocavənddə Bərpa, Tikinti, İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələri ilə görüşüb
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələrinin üzvləri ilə görüş keçiriblər.
"Far.Az" xəbər verir ki, görüş çərçivəsində şəhid ailələrinin üzvlərinin müraciətləri, onları narahat edən məsələlər və mövcud problemlər diqqətlə dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi edilib.
Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, onların ailələrinin sosial rifahının, qayğı və ehtiyaclarının diqqətdə saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Şəhid ailələri ilə mütəmadi əlaqələrin saxlanılmasının, onların müraciətlərinə həssaslıqla yanaşılmasının və qaldırılan məsələlərin həlli istiqamətində zəruri addımların atılmasının vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













