Moskva yaxınlığında 43 yaşlı azərbaycanlı iş adamı öldürülüb
Moskva yaxınlığındakı Reutovoda atıcılıq poliqonunda 43 yaşlı azərbaycanlı iş adamı öldürülüb.
Far.Az-nın Rusiya bürosu xəbər verir ki, hadisə ehtiyatsızlıqdan baş verib.
Belə ki, azərbaycanlı Emin Quliyev atıcılıq poliqonunda 17 yaşlıq oğulluğu tərəfindən ehtiyatsızlıqdan sinəsindən karabinlə güllələnərək öldürülüb.
Quliyev hadisə zamanl məktəbli oğulluğunun şəklini telefonu ilə çəkirmiş.
Faktla bağlı Tir (atıcılıq poliqonu) inzibatçısı 51 yaşlı Mixail Aborin saxlanılıb.
Məlum olub ki, ötən gecə 43 yaşlı iş adamı Emin Quliyev 17 yaşlı oğulluğu Dənizlə birlikdə Reutov şəhərinin Pobeda küçəsində yerləşən “Streletski” atıcılıq və idman mərkəzinə gəlib.
"Tiqr" karabinini götürüb atıcılıq məşqlərinin keçirildiyi otağa girən Emin özü atış edib və daha sonra karabini Dənizə verib.
O, oğulluğunun şəklini telefonu ilə çəkmək üçün qabağa çıxıb. Bu zaman ögey atasını görməyən Dəniz atəş xəttinə keçərək karabindən atəş açıb və ehtiyatsızlıqdan Eminin sinəsindən vurub. Kişi yerindəcə dünyasını dəyişib.
Tirin administratoru Mixail Aborin Eminə çəkiliş otağını təqdim etsə də, ona və oğulluğuna heç bir göstəriş verilməyib.
İnzibatçı 11-ci sinif şagirdinə pasportunu göstərməyi belə tələb etmədən və xidmət göstərilməsi üçün müqavilə bağlamadan atəş açmağa icazə verib.
Aborin saxlanılıb. Faktla bağlı “İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən, ehtiyatsızlıqdan ölümlə nəticələnən xidmətlər göstərmə” maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi Moskva vilayətinin İstintaq Komitəsinin nəzarətindədir.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası aralıq hesabatını təqdim edib - FOTO
COP29 Azərbaycan Əməliyyat Şirkəti gündəlik “Daily Show” verilişini təqdim edir
Belarus Baltikyanı ölkələri dənizə çıxışını məhdudlaşdırmaqda ittiham edib
MSK informasiya texnologiyaları mütəxəssisləri üçün seminarlara start verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
Azərbaycanlı model rusiyalı aktrisa ilə evləndi
-
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
-
Suraxanıda narkokuryerdən 10 kiloqram MARİXUANA AŞKARLANDI
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Gözəllik salonlarında lisenziyasız işləyən lazer epilyasiyası xidmətləri: Problem həllini tapmayıb













