Azərbaycan və Aİ arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
Bu barədə "Report"a Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.
Qeyd olunub ki, noyabrın 26-da Bakıda Avropa Komissiyası ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında üçüncü Yüksək Səviyyəli Nəqliyyat Dialoqu keçirilib.
Görüşə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə Baş Direktorluğunun rəhbəri Maqda Kopçinska həmsədrlik ediblər.
Dialoq Aİ-Azərbaycan münasibətlərində əməkdaşlığın genişləndiyi bir vaxta təsadüf edib.
Görüşün Avropa ilə Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə birləşdirən və Aİ-nin Qara dəniz regionuna dair Strateji Yanaşmasının əsas təşəbbüslərindən biri olan Regionlararası Bağlantı Gündəliyinə töhfə verdiyi qeyd olunub.
Dialoq çərçivəsində nəqliyyatın bütün sahələrində əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub. Xüsusilə regional bağlantılar və aviasiya əlaqələrinə diqqət yetirilib.
Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında Orta Dəhliz üzərində strateji körpü rolunu oynadığı vurğulanıb.
Regional bağlantılarla bağlı müzakirələrdə dəhlizin prioritet infrastruktur layihələrinin, o cümlədən Bakı Limanının və Naxçıvan dəmir yolunun inkişafı istiqamətində əldə olunan irəliləyiş nəzərdən keçirilib.
Tərəflər regionda baş verən son dəyişiklikləri və yeni bağlantı təşəbbüslərini nəzərə almaqla, Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) Azərbaycanı əhatə edən xəritəsinin mümkün yenilənməsinin araşdırılmasının zəruriliyi barədə razılığa gəliblər.
Aviasiya sahəsində isə Aİ-Azərbaycan Ümumi Aviasiya Məkanı haqqında Saziş üzrə danışıqların hazırkı vəziyyəti və sənədin yekunlaşdırılması üçün atılmalı olan növbəti addımlar müzakirə edilib.
Görüşdə həmçinin nəqliyyatın rəqəmsallaşdırılması, dayanıqlı aviasiya yanacaqlarından istifadə və dəmir yolu sistemlərinin qarşılıqlı uyğunluğu məsələlərinə toxunulub.
Dialoqun yekununda tərəflər daha səmərəli, dayanıqlı və davamlı Orta Dəhlizin inkişafı naminə Aİ-Azərbaycan nəqliyyat əməkdaşlığının daha da dərinləşdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Növbəti mərhələdə müzakirə olunacaq məsələlər üzrə müntəzəm fikir mübadiləsinin intensivləşdirilməsi, xüsusilə TEN-T şəbəkəsinin Azərbaycan üzrə genişləndirilməsi ilə bağlı texniki səviyyədə işlərin davam etdirilməsi və Aİ-Azərbaycan Ümumi Aviasiya Məkanı haqqında Sazişin yekunlaşdırılması istiqamətində səylərin artırılması barədə razılıq əldə olunub.
Növbəti Yüksək Səviyyəli Nəqliyyat Dialoqu 2027-ci ildə Brüsseldə keçiriləcək. Görüş zamanı əməkdaşlığın bütün istiqamətləri üzrə əldə olunan nəticələr nəzərdən keçiriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir
-
Rusiyada neft emalı son 20 ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb
-
ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə konsepsiya hazırlayıb
-
"Bloomberg": Konqresin razılığı olmasa, ABŞ ordusu təxminən 500 raket ala bilməyəcək













