Aİ liderləri 2028-2034-cü illər üçün uzunmüddətli büdcə üzrə razılaşma əldə etməyiblər
Far.Az xəbər saytı

Aİ liderləri 2028-2034-cü illər üçün uzunmüddətli büdcə üzrə razılaşma əldə etməyiblər


Avropa İttifaqı (Aİ) liderləri Aİ-nin 2028-2034-cü illər üçün yeni uzunmüddətli büdcəsi üzrə razılığa gələ bilməyiblər, onun əsas parametrlərinə dair danışıqlar davam etdiriləcək.

"Far.Az"un Avropa bürosunun məlumatına görə, bunu Aİ Şurasının sədri Antonio Koşta xüsusi sammitin yekunlarına dair mətbuat konfransında deyib.

"Biz həm plenar iclasda, həm də ayrı-ayrı işçi qruplarında çox maraqlı müzakirə apardıq, lakin razılığa gəlmək mümkün olmadı", - Koşta bildirib.

Onun sözlərinə görə, müzakirələr üç əsas məsələyə - büdcənin ümumi həcminə, vəsaitlərin müxtəlif istiqamətlər arasında bölüşdürülməsinə və Aİ-nin öz resursları üzrə balanslaşdırılmış yeni paketinə yönəlib.

Koşta qeyd edib ki, büdcənin ümumi həcmi məsələsində bəzi ölkələr xərclərin daha da azaldılmasının tərəfdarı kimi çıxış etdikləri halda, əksər dövlətlər əlavə ixtisarlara etiraz ediblər. Danışıqların bəzi iştirakçıları hətta əvvəllər planlaşdırılmış ixtisarlara, ilk növbədə, həmrəylik siyasətinin maliyyələşdirilməsindəki ixtisarlara yenidən baxılmasını təklif ediblər.

"Üzv dövlətlərin mütləq əksəriyyəti kənd təsərrüfatı və həmrəylik siyasətinin maliyyələşdirilməsinin azaldılmasına qarşı çıxıb", - Aİ Şurasının rəhbəri əlavə edib.

Aİ-nin yeni resursları məsələsi üzrə də işlər davam etdiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər