Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq
Avqustun 28-dən sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq.
Bu barədə Far.Az-ə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, Aurigidlər yüksək sürətli meteorları və maraqlı mənşəyi ilə diqqəti cəlb edir. Aurigid meteor yağışının mənbəyi uzunperiodlu C/1911 N1 (Kiess) kometidir. Bu komet 1911-ci ildə amerikalı astronom Karl Klarens Kiess tərəfindən kəşf edilib. O, Günəş ətrafında təxminən 2000–2100 ildə bir dövr edən uzunperiodlu kometlər sinfinə daxildir. Komet Günəşə yaxınlaşarkən onun səthindən ayrılan toz və kiçik qaya hissəcikləri sublimasiya (maddənin maye hala keçmədən, birbaşa bərk haldan qaz halına keçməsi) edərək orbit boyunca yayılır. Yer hər il bu hissəciklər axınından keçdiyi üçün atmosferdə meteorlar müşahidə olunur.
Aurigid meteorları Yer atmosferinə təxminən 66–67 km/s sürətlə daxil olur. Bu yüksək sürət onların atmosferdə parlaq və qısa ömürlü işıq izləri yaratmasına səbəb olur. Meteorların böyük əksəriyyəti 70–100 km yüksəklikdə tamamilə yanaraq yox olur və Yer səthinə çatmır.
Meteorların görünən çıxış nöqtəsi - radiantı Arabaçı (Auriga) bürcündə yerləşir. Əslində meteoroidlər kosmosda demək olar ki, paralel istiqamətdə hərəkət etsələr də, müşahidəçiyə elə görünür ki, onların hamısı səmanın eyni nöqtəsindən çıxır.
Bakıdan Aurigid meteorlarını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə keçən gecə, xüsusilə gecə yarısından sübhədək olan saatlardır. Bu zaman radiant üfüqdən kifayət qədər yüksəyə qalxır. Bakı üçün radiantın maksimum hündürlüyü təxminən 61° olduğundan real müşahidə zamanı saatda orta hesabla 5 meteor görmək mümkündür. 2026-cı ildə Aurigid meteor yağışının maksimumu zamanı Ayın işığı müşahidələrə müəyyən maneə yaradacaq. Buna görə zəif meteorların bir hissəsi görünməyəcək və real müşahidə olunan meteor sayı az ola bilər.
Meteor yağışını müşahidə etmək üçün teleskop tələb olunmur. Ən yaxşı nəticə şəhər işıqlarından uzaq, açıq səma altında adi gözlə aparılan müşahidələr zamanı əldə edilir. Birbaşa radianta deyil, ondan təxminən 30–40° uzaqda yerləşən səma sahəsinə baxmaq daha məqsədəuyğundur, çünki meteorların izləri həmin istiqamətdə daha uzun və aydın görünür.
Oxşar xəbərlər
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bu gündən Azərbaycan səmasında meteor yağışı müşahidə olunacaq
Astrofizika kafedrası: Mayın 14-dək meteor yağışı müşahidə olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir
-
Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər
-
Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər













