Azərbaycan Niderland ilə aqrar sahədə əməkdaşlıq imkanlarını qiymətləndirib
Far.Az xəbər saytı

Azərbaycan Niderland ilə aqrar sahədə əməkdaşlıq imkanlarını qiymətləndirib


Azərbaycanda Niderlandla aqrar sahədə əməkdaşlıq üçün imkanlar və çağırışlar qiymətləndirilib.

"Far.Az" Niderlandın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, müvafiq araşdırmanı diplomatik missiyanın dəstəyi ilə Azərbaycanın "PFF Agro Consulting" şirkəti aparıb.

Araşdırma istixana təsərrüfatları, gülçülük, toxumçuluq, heyvandarlıq, su ehtiyatlarının idarə edilməsi və qida sənayesi kimi istiqamətləri əhatə edir. Sənəddə investisiya imkanları, yerli tərəfdaşlıqların yaradılması variantları və bazara çıxış yolları haqqında məlumat təqdim olunur.

Eyni zamanda, araşdırmada kənd təsərrüfatı və qida məhsullarının ixracı üzrə dünya liderlərindən biri olan Niderlandın təklif edə biləcəyi innovativ həllər, ekspert bilikləri və texnologiyalar diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər