Siyavuş Novruzov: Avtoqəzada ölən hərbçiyə şəhid statusunun verilməsi qanunvericiliyə uyğun deyil
Avtomobil qəzasında ölən hərbçiyə şəhid statusunun verilməsi qanunvericiliyə uyğun deyil.
“Far.Az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, şəhid adı döyüş vaxtı ən yüksək amallar uğrunda dünyasını dəyişmiş şəxslərə verilir:
"Ancaq çox vaxt müddətdən artıq xidmət keçmək haqqında hərbi müqavilə bağlamış və ya çağırış əsasında xidmət keçənlər hərbi formada avtomobil qəzasına düşəndə və ya günvurmadan dünyasını dəyişirsə, onun valideynləri şəhid statusu tələb edirlər. Bu da düzgün deyil. Çünki torpaqlarımız uğrunda döyüşüb mübarizə aparan insanlarla onların fəaliyyəti üst-üstə düşmür. Bu səbəbdən bunları nəzərə almalıdırlar. Onlara şəhid statusu vermək olmur, bununla bağlı müraciətlər etməsinlər. Çünki qanunvericiliyimizə uyğun deyil".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
Siyavuş Novruzov: "Bank kreditləri sahibkarlıqla məşğul olmağa imkan vermir"
Siyavuş Novruzov: Azərbaycanda hüquq üzrə cəmi yeddi fəlsəfə doktorunun yaşı 50-dən azdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb
-
Naxçıvanda ağır QƏZA: bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb
-
Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib
-
Andrey Babiş Azərbaycanda Çexiyaya təbii qaz tədarükünü müzakirə edəcək
-
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var













