İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır
İran Prezidenti Məsud Pezeşkianın ofisi ölkədə tətbiq olunan internet məhdudiyyətlərinin daimi olmadığını açıqlayıb.
Far.Az xəbər verir ki, bu barədə Prezident Administrasiyasına istinadən "Fars" agentliyi məlumat yayıb. Bildirilib ki, "İnternet Pro" və ya "kasta interneti" kimi tanınan sistem xüsusi şərait və hərbi vəziyyətlə əlaqədar müvəqqəti tədbir kimi tətbiq edilib.
Rəsmi açıqlamada qeyd olunur ki, mövcud vəziyyət aradan qalxdıqdan sonra beynəlxalq internetə çıxış daha keyfiyyətli formada bərpa olunacaq. Vurğulanıb ki, layihə Milli Təhlükəsizlik Ali Şurasının qərarı əsasında həyata keçirilir və yalnız zəruri hallarda qlobal şəbəkəyə çıxışı təmin edən keçid mexanizmi rolunu oynayır.
Prezident Məsud Pezeşkianın internetə çıxışın məhdudlaşdırılmasının əleyhinə olduğu bildirilsə də, müharibə şəraitində bu sahədə müəyyən risklərin nəzərə alındığı qeyd edilib.
Məlumata görə, "İnternet Pro" əsasən biznes nümayəndələri, elmi dairələr və bəzi dövlət qurumları üçün nəzərdə tutulmuş ödənişli sistemdir. Bu model istifadəçilərin əsasən daxili resurslara çıxışını təmin edən qapalı şəbəkə prinsipi üzərində qurulub.
Qeyd edək ki, İranda internet məhdudiyyətləri 2025-ci ilin dekabrında baş verən kütləvi etirazlardan sonra tətbiq olunub və sonrakı aylarda davam edən gərginlik fonunda saxlanılıb. 2026-cı ilin fevralından etibarən bölgədə baş verən hərbi qarşıdurmalar da bu məhdudiyyətlərin aradan qaldırılmasını ləngidib.
Aprel ayında tərəflər arasında qısa müddətli atəşkəs razılaşması əldə olunsa da, İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatıb. Bu səbəbdən regionda gərginlik hələ də qalmaqdadır.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













