Allahşükür Paşazadə Ağdamdan dünya dini liderlərinə çağırış edib
Far.Az xəbər saytı

Allahşükür Paşazadə Ağdamdan dünya dini liderlərinə çağırış edib


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdam Cümə məscidindən dünya dini liderlərinə çağırış edib.

"Report"un azad olunmuş ərazilərə ezam olunmuş müxbiri xəbər verir ki, o, bu barədə Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə Ağdam Cümə məscidində söhbəti zamanı danışıb.

QMİ sədri dini liderlərdən Qarabağda gördükləri dağıntıları, erməni vəhşiliklərini, vandalizm aktlarını, soyqırımı hadisələri haqqında məlumatları dünyaya çatdırmağı istəyib:

"Sizdən yalnız gördüklərinizi, həqiqəti dünyaya çatdırmağınızı istəyirik. Bu müsibətlərin başqa xalqların başına gətirilməməsini arzulayırıq. Ağdam Cümə məscidi tarixi məsciddir. Ermənilər burada donuz saxlayırdılar. Bu onların dinə, İslama münasibəti idi. Azərbaycan buna son qoydu".

Oxşar xəbərlər

Allahşükür Paşazadənin 75 yaşı tamam olur
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ağdam Cümə məscidində 31 ildən sonra camaat namazı qılınıb - YENİLƏNİB
Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər