Azərbaycanda icbari sığorta bazarı 17 %-dən çox kiçilib
Far.Az xəbər saytı

Azərbaycanda icbari sığorta bazarı 17 %-dən çox kiçilib


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 163,36 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 95,162 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 18,1 % çoxdur.

Beləliklə, 7 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 51,9 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 36,4 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 671,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,9 % çoxdur.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,4 manat olub.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (19.05.2026)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.07.2026)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (25.04.2026)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.05.2026)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər