Gəncə və Sumqayıtda 9 Noyabr – Bayraq Günü münasibətilə hərbi yürüşlər keçirilir
Far.Az xəbər saytı

Gəncə və Sumqayıtda 9 Noyabr – Bayraq Günü münasibətilə hərbi yürüşlər keçirilir


Gəncə və Sumqayıt şəhərlərində hərbi orkestrlərin müşayiəti ilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş keçirilir.

"Far.Az"un Qərb bürosu xəbər verir ki, Gəncədəki yürüş Şəhər İcra Hakimiyyətinin dəstəyi və Quru Qoşunların Komandanlığının təşkilatçılığı ilə baş tutur.

Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq Heydər Əliyev və Atatürk prospektləri ilə davam edib. Zəfər yürüşü hər kəs tərəfindən böyük coşqu ilə qarşılanır.

"Far.Az"un Sumqayıt bürosunun məlumatına görə isə şəhərdəki yürüş Bulvar küçəsindən başlayıb.

Yürüş zamanı Azərbaycan Dövlət Hərbi Orkestrinin ifasında milli və vətənpərvərlik ruhlu musiqilər səsləndirilib. Hərbi marşların müşayiəti ilə hərəkət edən hərbçilərin təntənəli keçidi şəhər sakinləri tərəfindən böyük maraqla izlənilib.

Sakinlər hərbi qulluqçuları alqışlarla qarşılayıb, tədbir ərazisində bayram əhvali-ruhiyyəsi yaşanıb. Təntənəli yürüş Azərbaycan Ordusunun qüdrətini, xalqın birliyini və tarixi Zəfərin qürurunu bir daha nümayiş etdirib.

Oxşar xəbərlər

Bakıda hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər başa çatıb - YENİLƏNİB
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər