Azərbaycanın kənd və meşə təsərrüfatı sektoru 2060-cı ilədək sıfır emissiya hədəfinə çatacaq
Far.Az xəbər saytı

Azərbaycanın kənd və meşə təsərrüfatı sektoru 2060-cı ilədək sıfır emissiya hədəfinə çatacaq


Azərbaycanın kənd və meşə təsərrüfatı sahəsi 2060-cı ilədək xalis sıfır emissiya balansına nail olacaq.

"Far.Az" xəbər verir ki, müvafiq planlar Azərbaycanın Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyasında öz əksini tapıb.

2022-ci il göstəricilərinə əsasən, kənd təsərrüfatı fəaliyyətindən yaranan emissiyalar 8 milyon ton CO₂ ekvivalenti səviyyəsinə yüksəldiyi halda, torpaqdan istifadə və meşə təsərrüfatı sektoru (LULUCF) - 5,2 milyon ton CO₂ ekvivalenti həcmində xalis karbon udma qabiliyyəti nümayiş etdirib.

Nəticə etibarilə, kənd təsərrüfatı, meşə təsərrüfatı və torpaq istifadəsinin digər formalarını əhatə edən AFOLU kateqoriyası üzrə ümumi xalis emissiya göstəricisi 2,8 milyon ton CO₂ ekvivalenti olub.

Meşə ərazilərinin geniş miqyasda artırılması və böyük həcmli meşəsalma proqramlarının reallaşdırılması bu sahədə qalan emissiyaları bütünlüklə neytrallaşdırmağa və 2060-cı ilədək "Net-Zero" hədəfinə çatmağı mümkün edəcək. Aqrar istehsal sahəsində kənd təsərrüfatı texnikasının və suvarma sistemlərinin tam şəkildə elektrik enerjisinə keçirilməsi, peyin kompostlaşdırılması təcrübəsinin daha da genişləndirilməsi, eləcə də iribuynuzlu heyvanlarda enteral fermentasiya prosesinin azaldılmasına istiqamətlənmiş xüsusi yem əlavələrinin (o cümlədən 3-NOP) istifadəyə verilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər