Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının IV mərhələsində yeddi medal qazanıblar
Far.Az xəbər saytı

Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının IV mərhələsində yeddi medal qazanıblar


Azərbaycanın çimərlik güləşçiləri Bakıda keçirilən Dünya Seriyasının IV mərhələsində yeddi medal qazanıblar.

"Far.Az" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, "Sea Breeze" istirahət mərkəzində təşkil olunan yarışda Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qızıl medala sahib çıxıblar.

Sahib Dadaşov (80 kq) və Nərgiz Səmədova (60 kq) gümüş medala layiq görülüblər. Cavid Niftəlizadə (80 kq) və Ramiz Həsənov (90 kq) isə turniri bürünc medalla başa vurublar.

Kişilərdən ibarət Azərbaycan millisi 84 xalla komanda hesabında birinci olub. Gürcüstan 62 xalla ikinci, Ukrayna isə 45 xalla üçüncü yeri tutub. Qadınların komanda hesabında isə Azərbaycan 40 xalla ikinci olub. Ukrayna 100 xalla birinci, İspaniya 24 xalla üçüncü pillədə qərarlaşıb.

Kişilər

70 kq

1. Oleksey Boruta (Ukrayna)

2. Konstantin Topşinoyev (Rusiya)

3. Levan Kelexsaşvili (Gürcüstan)

80 kq

1. Vüsal Əliyev (Azərbaycan)

2. Sahib Dadaşov (Azərbaycan)

3. Cavid Niftəlizadə (Azərbaycan)

90 kq

1. Əşrəf Aşırov (Azərbaycan)

2. Evsem Şvelidze (Gürcüstan)

3. Ramiz Həsənov (Azərbaycan)

+90 kq

1. Camal Feyziyev (Azərbaycan)

2. Vaja Dayauri (Ukrayna)

3. Mamuka Kordzaya (Gürcüstan)

Qadınlar

50 kq

1. Viktoriya Slobodenyuk (Ukrayna)

2. Ana Mariya Rotaru (Rumıniya)

3. Diana Risova (Ukrayna)

60 kq

1. Oksana Moskalova (Ukrayna)

2. Nərgiz Səmədova (Azərbaycan)

3. Lidiya Torino (İspaniya)

70 kq

1. Olena Nikitinska (Ukrayna)

2. Qalina Olekseyvska (Ukrayna)

3. İrina Rinqaçi (Moldova)

+70 kq

1. Darya Konstantinova (Ukrayna)

2. Eliana Bommarito (ABŞ)

3. Mariya Zenkina (Ukrayna)

Qeyd edək ki, ilk dəfə ölkəmizdə keçirilən bu yarışda 14 ölkədən 55 güləşçi mübarizə aparıb. Dünya Seriyasının final mərhələsi 26-27 sentyabrda Yunanıstanın Katerini şəhərində keçiriləcək. Həmin yarışda bütün mərhələlər üzrə toplanan xallara əsasən dünya çempionları müəyyənləşəcək.

Oxşar xəbərlər

"Deluxe Residence" artıq "Sea Breeze"də: Yeni premium yaşayış konsepti
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatında 8 medal qazanıblar
"Nərgiz" Ticarət Mərkəzində təlim keçirilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər