"Real Madrid" gənc ispaniyalı futbolçunu heyətinə qatır
"Real Madrid" heyətini daha bir gənc istedadla gücləndirməyə hazırlaşır.
BAKU.WS xəbər verir ki, İspaniya nəhəngi "Rasinq Santander"də çıxış edən 19 yaşlı Serxio Martinesin transferi ilə bağlı razılığa gəlib.
Transfer xəbərləri üzrə tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, Madrid klubu futbolçunun keçidi üçün 3 milyon avro ödəyəcək. Martineslə 2030-cu ilin yayına qədər müqavilə imzalanacaq.
Gənc yarımmüdafiəçi "Rasinq"in yetirməsidir və İspaniyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. Martinesin "Real Madrid"ə keçiddən sonra "Kastilya"da forma geyinməsi, eyni zamanda əsas komandanın məşqlərinə cəlb olunması gözlənilir.
Qeyd edək ki, 19 yaşlı futbolçuya bir sıra digər klubların da maraq göstərdiyi, lakin onun karyerasını Madrid təmsilçisində davam etdirmək qərarına gəldiyi bildirilir.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













