Yevgeni Kukseviç Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın baş məşqçi postundan ayrılıb
Yevgeni Kukseviç futzal üzrə Azərbaycan millisinin və "Araz-Naxçıvan" klubunun baş məşqçi postundan ayrılıb.
Bu barədə "Report"a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
O, müqaviləsinin müddəti bitən rusiyalı mütəxəssislə yolların ayrılmasının səbəblərini açıqlayıb:
"Bu mövsüm "Araz-Naxçıvan"da müəyyən dəyişikliklər olacaq. Legionerlərin sayını azaldaraq daha çox millinin oyunçularına üstünlük verəcəyik. Bu səbəbdən Yevgeni Kukseviçlə yolları ayırdıq. Həmçinin AFFA İcraiyyə Komitəsi onun milliyə namizədliyini də təsdiqləmədi. Buna görə də o, nə yığmada, nə də "Araz-Naxçıvan"da olacaq".
M.Sadıqov yeni baş məşqçi təyinatı ilə bağlı məsələyə də toxunub:
"Yaxın 10 gün ərzində Naxçıvan klubuna yeni baş məşqçi təyinatı gerçəkləşəcək. Bu proses yekunlaşdıqdan sonra ictimaiyyətə təqdim olunacaq. Çox güman, daha həm milliyə, həm də kluba eyni mütəxəssis rəhbərlik etməyəcək".
Xatırladaq ki, Yevgeni Kukseviç 2025-ci ilin yanvarında "Araz-Naxçıvan"ın, iyununda isə milli komandanın baş məşqçisi təyin olunmuşdu. O, hər iki vəzifəni paralel olaraq icra edirdi.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Yevgeni Kukseviç: "Avqustun əvvəlində müqavilə müddətinin uzadılmayacağını bildirdilər"
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
Azərbaycanın futzal millisinin baş məşqçisi: "Danimarka ilə matçdakı nəticəyə görə məyusam"
Yevgeni Kukseviç: "Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb













