Azərbaycanın futzal millisinin baş məşqçisi: "Danimarka ilə matçdakı nəticəyə görə məyusam"
Far.Az xəbər saytı

Azərbaycanın futzal millisinin baş məşqçisi: "Danimarka ilə matçdakı nəticəyə görə məyusam"


Azərbaycanın futzal millisinin baş məşqçisi Yevgeni Kukseviç Danimarka ilə keçirdikləri yoxlama oyununun nəticəsinə görə məyusdur.

"Report" xəbər verir ki, rusiyalı mütəxəssis bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, sözügedən matçda istədikləri nəticəni qazana bilmədiklərini deyib:

"Nəticəyə görə məyusam. Ancaq çoxsaylı qol epizodları yaratdıq. Rəqib standart vəziyyətdən "ev tapşırığı" yerinə yetirdi və qollar vurdu. Gedişatı dəyişmək üçün imkanlarımız oldu, təəssüf ki, istifadə edə bilmədik. Ya ustalıq çatmadı, ya da epizodlar zamanı soyuqqanlı ola bilmədik, ötürmələri vaxtında etmədik. Sona yaxın isə fiziki cəhətdən gücümüz çatmadı. Nəticə çıxarmaq və səhvlər üzərində işləmək baxımından bizim üçün vacib oyun oldu".

Qeyd edək ki, Azərbaycan - Danimarka matçı rəqib komandanın 4:1 hesablı qələbəsi ilə bitib. Yığmalar yanvarın 24-də yenidən üz-üzə gələcəklər.

Oxşar xəbərlər

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Azərbaycan millisinin baş məşqçisi: "Məqsəd dünya çempionatının seçmə mərhələsinə yaxşı hazırlaşmaqdır"
Azərbaycan millisinin baş məşqçisi: "Heyətdə çox perspektivli oyunçular var"
Xırdalan bazarında YOXLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər