Məşhur modelin təəccübləndirən gözəllik sirri: "Bizon və maral əti yeyirəm"
Far.Az xəbər saytı

Məşhur modelin təəccübləndirən gözəllik sirri: "Bizon və maral əti yeyirəm"


Məşhur model Miranda Kerrin gözəllik sirri hamını təəccübləndirib.

Far.Az xəbər verir ki, o "Stellar" jurnalına verdiyi müsahibəsində səhhətindəki problemlər və riayət etdiyi xüsusi qidalanma rejimindən danışıb.

Uzun müddətdir bağırsaq iltihabından əziyyət çəkdiyini bildirən model, qan analizlərindən sonra qidasına daha həssas yanaşmağa başladığını qeyd edib.

"Həmişə sağlamlığıma diqqət etdiyimi düşünürdüm, lakin verdiyim qan analizləri bəzi problemləri üzə çıxardı. Məndə proktit (düz bağırsağın iltihabı) aşkarlandı. Bu, iltihabi bağırsaq xəstəliyi olduğu üçün artıq nə yediyimə maksimum dərəcədə diqqət yetirməliyəm" - deyə o bildirib.

Məşhur modelin təəccübləndirən gözəllik sirri:

Sağlamlığını bərpa etmək üçün fərqli qidalara müraciət edən Miranda Kerr, rasionuna bizon və maral əti əlavə etdiyini açıqlayıb:

"Uşaqlarım bizon əti yeməsə də, mən yeyirəm, maral əti də yeyirəm, çünki bu orqanizmimə yaxşı təsir edir. Adətən maral əti çox az yağlıdır və təbii zülalla zəngindir. Sağlamlığıma həddindən artıq önəm verirəm".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər