Azərbaycanda avtomobillərin qiyməti 3-5 faiz BAHALAŞACAQ
"Avtomobil bazarında ümumi ucuzlaşmadan danışmaq hələlik mümkün deyil. Bəzi elanlarda və ayrı-ayrı avtomobillərin satış qiymətlərində eniş müşahidə olunsa da, bu, bazarın ümumi tendensiyası deyil. Əksinə, xüsusilə yeni avtomobillərdə qiymət artımı daha qabarıq görünür".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, yeni avtomobillər, o cümlədən hibrid və elektrik modelləri əvvəlki dövrlə müqayisədə daha yüksək qiymətə təklif olunur:
"Buna əsas səbəblərdən biri 2026-cı ildən bir sıra güzəştlərin tətbiqinin dayandırılması, digər amil isə logistika xərclərinin artmasıdır.
İkinci əl avtomobillərin xaricdən gətirilməsində də logistika müddəti və xərcləri artıb. Əvvəllər ABŞ, Cənubi Koreya və digər ölkələrdən avtomobilin ölkəyə gətirilməsi təxminən iki ay çəkirdisə, hazırda bu müddət bəzi hallarda üç-dörd aya, hətta beş aya qədər uzanır. Müddətin uzanması isə daşınma və digər əlavə xərclərin artmasına, nəticədə avtomobilin son satış qiymətinin yüksəlməsinə səbəb olur.
Bununla belə, istismar müddəti uzun olan və köhnəlmiş ikinci əl avtomobillərin qiymətində müəyyən ucuzlaşma müşahidə edilir. Bunun əsas səbəblərindən biri bazara daha çox yeni avtomobilin daxil olması, digəri isə ikinci əl avtomobillərə tələbin hazırda əvvəlki qədər yüksək olmamasıdır.
Lakin bu ucuzlaşmanı avtomobil bazarında ümumi qiymət enməsi kimi qiymətləndirmək düzgün deyil. Hazırkı vəziyyətdə qiymət artımı tendensiyası ucuzlaşma tendensiyasını üstələyir".
AQC sədri əlavə edib ki, yaxın müddətdə avtomobil qiymətlərində təxminən 3-5 faiz civarında artım da mümkündür:
"Burada manatın alıcılıq qabiliyyəti, ümumi iqtisadi vəziyyət, idxal və logistika xərcləri kimi amillər mühüm rol oynayır. Digər tərəfdən, Azərbaycanda avtomobilin əldə olunması bəzi qonşu ölkələrlə müqayisədə nisbətən daha əlçatandır. Məsələn, Türkiyə ilə müqayisədə vergilər və digər əlavə ödənişlər baxımından avtomobil bazarında ciddi fərq var və bu da Azərbaycanda avtomobil sahibi olma imkanlarını nisbətən artırır.
İlin sonuna qədər bazara yeni avtomobillərin daxil olması ilə müəyyən modellərin qiymətlərində tənzimlənmə və rəqabət hesabına dəyişikliklər baş verə bilər. Ancaq hazırkı mənzərə avtomobillərin kütləvi şəkildə ucuzlaşacağını deyil, bazarda qiymətlərin əsasən artım istiqamətində hərəkət etdiyini göstərir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
-
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
-
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
-
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
-
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır
-
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub













